AZ

Egeydə zəlzələ: İzmir və ətraf vilayətlər silkələndi

Egey dənizində daha 4,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 7,91 kilometr dərinliyində baş verib. Zəlzələ İzmir və ətraf vilayətlərdə də hiss olunub. Dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, Egey dənizində son günlər tez-tez zəlzələ baş verir.

Seçilən
18
publika.az

1Mənbələr