Ötən ilin yayında “Zirə”dən ayrılan Dimitrios Çantakias yeni klubla anlaşıb.
QOL.az xəbər verir ki, Azərbaycandan gedəndən sonra Yunanıstanın “Panserraikos” klubuna keçən 30 yaşlı müdafiəçi "Lamia”da çıxış edəcək. O, yeni klubu ilə bu ilin iyununa qədər müqavilə bağlayıb. .
Qeyd edək ki, 2020/21 mövsümündən "Zirə" də çıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.