AZ

Avropa İttifaqında qazın bahalaşmaması üçün "qiymət tavanı" tətbiq oluna bilər

Bakı.Trend:

Avropa Komissiyası təbii qazın bahalaşması ilə əlaqədar buyanacağa müvəqqəti qiymət tavanının tətbiqinin mümkünlüyününəzərdən keçirir.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumatyayıb.

“Rəsmi Brüssel bu yaxınlarda ABŞ ilə müqayisədə qiyməti rekordsəviyyəyə çatmış qaz üçün müvəqqəti qiymət tavanının tətbiqi iləbağlı yeni imkanları nəzərdən keçirir”, - materialda qeydolunur.

İki ayrı avropalı məmur nəşrə bildiriblər ki, Avropa İttifaqıgələn ilin qış mövsümünə qədər tədarükü artırmaq məqsədilə yaydamavi yanacağın qiymətini olduğu səviyyədə saxlamaqniyyətindədir.

Qeyd edək ki, Avropa İttifaqında qazın qiymətləri 2023-cü ildənbəri maksimum səviyyəyə qalxıb. Qiymət fevralın 11-də 5% artaraq 1min kubmetr üçün 622 dollara çatıb. Yanvarın sonunda qiymət 512dollar, fevralın əvvəlində isə 581 dollar təşkil edirdi. Gözlənilənsoyuq hava şəraitinə görə yaxın günlərdə qiymətin daha da artacağıehtimal olunur.

Seçilən
4
az.trend.az

1Mənbələr