Rəqqasə Rəna Ağamuradova (Renka) ayağının tutulmasından danışıb.
Musavat.com-a açıqlama verən rəqqasə bildirib ki, bu gün həkim müayinəsindən keçəcək:
“Həkimə getməyə hazırlaşıram. Biz bütün günü ayaqüstə oluruq, hündürdabanda rəqs edirik. Düşünürəm ki, ayağımın tutulmasına səbəb yorğunluqdur. Amma daha dəqiq həkim deyəcək”.
Qeyd edək ki, Renka instaqram səhifəsində yayımladığı postda bildirib ki, ayağı tutulub və gəzə bilmir:
“İndi ayağım tutulub, gəzə bilmirəm. Ağrıdan ölürəm. Artıq heç nəyə təəccüblənmirəm. O qədər hadisələr başıma gəlir. Sırtıq kimi ancaq gülürəm”.