Bu gün Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürüb.

Offsideplus.az xəbər verir ki, birinci qrupda mübarizə aparan Azərbaycan yığması ilk turda İngiltərəyə uduzub - 2:3. 

Qrupun digər görüşündə Danimarka İspaniyanı 5:0 hesabı ilə üstələyib.

Sabah milli komandamız İspaniya ilə qüvvəsini sınayacaq. 

İkinci qrupda isə Almaniya, Fransa, Çexiya və Hollandiya yığmaları yer alır.

Çempionat fevralın 16-dək davam edəcək.