AZ

QHT sədri Şabranda şəhidlərimizin anım tədbiri keçirildi - FOTOLAR

Şabran rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş və dörd aydan sonra tapılaraq torpağa tapşırılan Əmrağa Ağayevin ildönümü və könüllü müharibəyə yollanaraq şəhidlik zirvəsinə ucalan Hikmət Qasımovun mövlud günü münasibətilə anım tədbiri keçirilib.

Bu barədə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a bildirib. Onun sözlərinə görə, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdən öncə Şabran Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub, daha sonra tədbir Ağsaqqallar Klubunda davam etdirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbirdə şəhidlərin həyatı və müharibədəki qəhrəmanlıqları haqqında danışılıb, onların şərəfli döyüş yolunu əks etdirən şeirlər səsləndirilib. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova çıxış edərək bəzi qurumların laqeyd münasibətindən və şəhidlərin unudulmaması üçün görülməli olan vacib işlərdən bəhs edib. O, şəhid ailələrinin hər zaman dövlətin və ictimai təşkilatların diqqətində olmasının vacibliyini vurğulayıb. Tədbirdə Şabran rayonu Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Mərkəzinin nümayəndələri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin ruhu şad olsun!

Seçilən
31
qht.az

1Mənbələr