AZ

Saatlıda 66 yaşlı kişi itkin düşüb

Saatlı sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

M.Seyidovun əlamətləri belədir: boyu 162 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxan zaman üzərində qara rəngli palto, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Seçilən
45
22
demokrat.az

10Mənbələr