AZ

Azad edilən ərazilərdə məskunlaşan şəxslərin təhsil haqqı 3 il dövlət büdcəsi hesabına ödəniləcək

Bakı. Trend:

İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu günkeçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” və“Peşə təhsili haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdəməskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərindədövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbulolunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olanşəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsilaldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabınaödəniləcək.

Qeyd edək ki, dəyişikliklər qəbul olunacağı təqdirdə, 2025-ci ilsentyabrın 15-dən tətbiq ediləcək.

Seçilən
2
19
az.trend.az

10Mənbələr