![İsrail](https://ulusum.az/uploads/posts/2025-02/92e7dac9a9_3177a010-e7cd-11ef-a697-15c17ea31ce4_jpg.webp)
Fələstinin HAMAS hərəkatı ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, İsrail anklavda atəşkəs razılaşmasının şərtlərinə əməl etməsə, Qəzza zolağında qalan girovları azad etmək niyyətində deyil. “Ulusum”.az-ın məlumatına görə, bu barədə radikal təşkilatın müvafiq bəyanatında "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.HAMAS Trampın fevralın 15-də hərəkat girovları azad etməsə, “cəhənnəm söküləcək” sözlərinə cavab olaraq “Təhdidin dili vəziyyəti çətinləşdirir və yersizdir” deyib. "HAMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyir. Qəzza razılaşmasının şərtlərinə riayət etmək girovları azad etməyin yeganə yoludur", - təşkilatın bəyanatında deyilir.Səidə
Diqqət Çəkənlər
Azərbaycan Prezidenti Xameneyiyə təbrik ünvanlayıb
Avropa liderinin devrilməsi üçün xərclənən məbləğ
Ukraynanın faydalı qazıntıları ilə bağlı gerçək planlar