AZ

Mark Vogelin azad edilməsi Ukraynada döyüşlərin dayandırılmasında “çox vacib element” ola bilər – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp deyib ki, amerikalı Mark Vogelin Rusiya həbsxanasından azad edilməsi Ukraynada döyüşlərin dayandırılmasında “çox vacib element” ola bilər.

Prezidentin sözlərinə görə, Vaşinqton Moskva ilə qarşılıqlı əlaqədə “böyük irəliləyiş” əldə edib. Ağ Evdə Mark Vogel ilə görüş zamanı Tramp deyib: “Bu, Ukrayna ilə müharibəyə son qoymağın böyük, mühüm hissəsi ola bilər. ABŞ prezidenti bir daha əmin edib ki, o, Rusiya ilə Ukrayna arasında münaqişəni mümkün qədər tez bitirməyə çalışır.
Qeyd edək ki, fevralın 6-da Mark Fogel Rıbinsk yaxınlığındakı İK-6-dan çıxarılıb. Beş gün sonra isə onu ABŞ-a aparıblar. Keçmiş məhbusun özünün dediyinə görə, onu Rusiya prezidenti Vladimir Putin əfv edib.

Rusiya rəsmiləri hələ Mark Vogelin azadlığa buraxılmasına münasibət bildirməyiblər. O, 2021-ci ilin avqustunda Şeremetyevoda saxlanılmışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr