AZ

2025-ci ildə fərdi sahibkarlar nə qədər sosial sığorta haqqı ödəməlidirlər?

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Bununla fərdi sahibkarların sosial sığorta ödənişləri də artıb.

Yeni hesablamaları “vergiler.az”a əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov açıqlayır:

“Sosial Sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ödəməli olduqları sosial sığorta haqları minimum aylıq əməkhaqqının müəyyən faizi nisbətindədir. Beləliklə, minimum aylıq əməkhaqqının artması ilə fərdi sahibkarların sosial sığorta ödənişləri də artmış olur.

Qanunun 14.5.1-ci maddəsinə əsasən, bu Qanunun 14.5.7-ci maddəsi istisna olmaqla, sahibkarlıq fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta haqları ödəniləcək. Həmin sahibkarların öhdəlikləri regionlar üzrə aşağıdakı kimi fərqləndirilib:

2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

Bakı şəhərində

100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində

90 faizi;

digər şəhərlərdə

80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə

60 faizi;

kənd yerlərində

50 faizi miqdarında.

Şəhər

2024

2025

Sosial sığorta haqqı

İcbari ibbi sığorta haqqı

Sosial sığorta haqqı

İcbari ibbi sığorta haqqı

Tikinti

Digər (ticarət, xidmət v.s)

345 x 4%

Tikinti

Digər (ticarət, xidmət və s.)

400 x 4%

Bakı şəhərində

345 manat x 50% = 172,5 manat

345 manat x 25% = 86,25 manat

13,8

400 manat x 50% = 200 manat

400 manat x 25% = 100 manat

16

Sumqayıt və Gəncə şəhərlərində

(345 x 50%) x 90% = 155,25 manat

(345 x 25%) x 90% = 77,63 manat

13,8

(400 x 50%) x 90% = 180 manat

(400 x 25%) x 90% = 90 manat

16

digər şəhərlərdə

(345 x 50%) x 80% = 138 manat

345 x 25%) x 80 % = 69 manat

13,8

(400 x 50%) x 80% = 160 manat

(400 x 25%) x 80% = 80 manat

16

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə

(345 x 50%) x 60% = 103,5 manat

(345 x 25%) x 60% = 51,75 manat

13,8

(400 x 50%) x 60% =120 manat

(400 x 25%) x 60% = 60 manat

16

kənd yerlərində

345 manat * 50 % * 50 % = 86,25 manat

345 manat * 25 % * 50 % = 43,13 manat

13,8

400 manat * 50 % * 50 % = 100 manat

(400 x 25%) x 50% = 50 manat

16

Həmçinin, “Tibbi Sığorta haqqında” Qanunun 15-2.2.2-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər. Həmin Qanunun 15-10-cu maddəsinə əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Seçilən
9
vergiler.az

1Mənbələr