Qəzza zolağının yenidən qurulması üçün 53 milyard dollar həcmində vəsait lazımdır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, bunun 22,5 milyard dolları ilk üç il ərzində aparılacaq yenidənqurma işlərinə sərf olunmalıdır:
“Mövcud şəraitdə Qəzza zolağının yenidən qurulmasına nə qədər vəsaitə ehtiyac olduğunu müəyyən etmək çox çətindir. Lakin ilkin hesablamalar göstərir ki, bərpa və yenidənqurma işləri nəhəng resurslar tələb edəcək”.
Qeyd olunub ki, Qəzzada humanitar vəziyyətin ağır olaraq qalır.
Vurğulanıb ki, 2024-cü ildə Qəzzanın iqtisadiyyatı 83 % kiçilib, işsizlik səviyyəsi isə 80 %-ə yüksəlib.
Əhali arasında yoxsulluq göstəricisi isə kəskin artıb. 2023-cü ilin sonlarında bu göstərici 38 % olduğu halda, indi artıq 74 %-ə çatıb.