Bakı. Trend:
Azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə təhsilhaqlarının ödənilməsi məqsədilə ilkin hesablamalara görə, 3 minnəfər üçün 3.5 milyon manat vəsait ayrılacaq.
Trend xəbər verir ki, bunuMilli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasındaçıxışı zamanı Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiriAdil Vəliyev deyib.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə məskunlaşanşəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsininvəsaiti hesabına ödəniləcək.
Bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu günkeçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” və“Peşə təhsili haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdəməskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərindədövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbulolunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olanşəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsilaldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabınaödəniləcək.
Dəyişikliklər qəbul olunacağı təqdirdə, 2025-ci il sentyabrın15-dən tətbiq ediləcək.