AZ

Çin-dən hərbi təxribat ittihamı

Çin ordusu yüksək döyüş hazırlığını davam etdirir, ölkənin ərazi suverenliyini, eləcə də dənizdəki hüquq və maraqlarını qətiyyətlə müdafiə edir.

"Cebheinfo.az" xəbər verir ki, Çin hakimiyyəti Filippinlərin Cənubi Çin dənizində bölgəyə aid olmayan ölkələrlə birgə patrul həyata keçirməsini hərbi təxribat kimi qiymətləndirir. Bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub döyüş komandamentinin nümayəndəsi, polkovnik Tien Tsyuun li məlumat verib.

Bəyanatda bildirilir ki, son vaxtlar Filippinlər bölgədənkənar ölkələri "birgə patrul" adı altında prosesə cəlb edərək, Çinin dəniz hüquq və maraqlarını qanunsuz şəkildə pozur. 

Həmçinin hərbi təxribatlar və ictimai rəyə təsir göstərməklə bölgədə sülh və sabitliyi qəsdən pozur.  o da vurğulanır ki, Çin ordusu yüksək hazırlıq vəziyyətini saxlayır və ölkənin ərazi suverenliyini, dənizdəki hüquq və maraqlarını qətiyyətlə qoruyur.

Qeyd edək ki, Çin artıq bir neçə onillikdir ki, Cənubi Çin dənizində bəzi adaların ərazi mənsubiyyəti ilə bağlı müxtəlif ölkələrlə mübahisə aparır. Bu mübahisələr, əsasən, Sisha (Parasel adaları), Nanşa (Spratli adaları) və Xuanýan (Skarboro rifi) arxipelaqları ilə bağlıdır. Bu məsələlər Brunei, Vyetnam, Malayziya və Filippinə də aiddir.

Seçilən
4
cebheinfo.az

1Mənbələr