AZ

Tramp bu ölkələrdəki konsulluqları pula görə bağlayır

Tramp administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün ölkənin dünya üzrə bir neçə konsulluğunu bağlaya bilər.

Axar.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Məlumata görə, bu, Sakit okean adaları, Kanada və Meksikadakı, eləcə də Avropadakı, xüsusən də Almaniya və Fransadakı konsulluqlara aiddir.

Bildirilib ki, Tramp artıq təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib.

Dövlət Departamenti öz növbəsində konsulluqlardan fəaliyyətləri ilə bağlı izahat tələb edib.

Seçilən
19
axar.az

1Mənbələr