Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
Ölkənin şərq rayonlarında yağıntı olacaq. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 16 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq yolları buz bağlayacaq.
Milli Hidrometeorologiya Xidmətinin sinoptiklərinin məlumatına görə, fevralın 14-dən bütün ölkə ərazisində yağıntılar intensivləşəcək. Yağış, bəzi yerlərdə isə qar yağacaq.
Havanın temperaturu 4 dərəcə aşağı düşəcək. Çaylarda sululuq artacaq.