UEFA Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” ilə səfər oyununda qələbə “Real” üçün rekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, cütün ilk oyununda hesabda iki dəfə geri düşmüş Madrid təmsilçisi geri-dönüş edərək, oyunun təzminat vaxtında (90+2-ci dəqiqə) vurduğu qolla 3:2 hesablı qələbəyə sevinib.
Bu, İspaniya nəhənginin UEFA Çempionlar Liqası tarixində qazandığı 300-cü qələbəsi olub. Müvafiq nəticə mütləq rekorddur. Bu göstəricidə ikinci nəticə Almaniya nəhəngi “Bayern”ə məxsusdur, Münhen komandası Çempionlar Liqasında 241 qələbə qazanıb. İlk üçlüyü isə qitənin ən mötəbər klub yarışında 209 qələbə qazanmış “Barselona” tamamlayır.
Xatırladaq ki, cavab oyunu çərçivəsində “Real” “Mançester Siti”ini fevralın 19-da Madriddə qəbul edəcək.