Bakı.Trend:
Ukranya humanitar yardıma görə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə təşəkkür edir.
Trend xəbərverir ki, bunu bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevhumanitar yardımın elektrik avadanlıqlarından ibarət ikincipartiyasının Ukraynaya göndərilməsi məsələsini şərh edərkənbildirib.
“Ukrayna enerji sistemimizin bərpası üçün son dərəcə zəruri olanhumanitar yardıma görə Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevə, Azərbaycanın Energetika Nazirliyinə, Azərbaycanın Xariciİşlər Nazirliyinə təşəkkürünü ifadə edir", - deyə səfirbildirib.
Qusev qeyd edib ki, Ukrayna bu yardımı yüksək qiymətləndirir vəAzərbaycan tərəfinin göstərdiyi dəstəyi heç vaxt unutmayacaq.
“Biz İrpenin, xəstəxananın və məktəbin bərpası üçün Azərbaycantərəfindən böyük dəstək alırıq. Hazırda azərbaycanlıtərəfdaşlarımız və dostlarımızla İrpendə yeni layihə üzərindəişləyirik. Bu ildən onun gerçəkləşdirilməsinə başlayacağımıza ümidedirik”,- deyə o bildirib.
Səfirin sözlərinə görə, layihə İrpenin sosial infrastrukturunun,o cümlədən uşaqlar üçün incəsənət və idman məktəbinin bərpasınıəhatə edəcək. Səfir İrpenin Laçınla qardaş şəhər olduğunuxatırladıb və şəhər merinin ötən il Azərbaycanda səfərdə olduğunuvə Azərbaycanın bəzi regionları ilə Ukrayna arasında regionlararasıəməkdaşlığın daha dərinləşəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Ukraynaya humanitar yardımın göstərilməsiməqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5fevral 2025-ci il tarixli sərəncamına əsasən, AzərbaycanRespublikasında istehsal olunan elektrik avadanlıqlarının alınmasıvə göndərilməsi üçün 1 milyon ABŞ dolları məbləğində vəsaitayrılıb.
Yardımın ilk partiyası fevralın 7-də göndərilib.
Yuxarıda qeyd olunan sərəncama əsasən iki hissədən ibarəthumanitar yardıma 52 min metrdən çox elektrik naqili və naqilləri,o cümlədən 17 transformator daxildir.