Saxalin vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinin regional xilasediciləri nəhəng buz parçasının üzərində qalan balıqçıları təxliyə ediblər. Xilas edilənlərin ümumilikdə 139 nəfər olduğu deyilir.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti rəsmi Telegram kanalında bildirib.
Balıqçılardan bəziləri özləri təxliyə olunub, digərləri isə üzən buz parçasının üzərində qalıb. Mi-8 vertolyotu xilasedicilərlə birlikdə sürüşən buz parçasının üzərində qalanlara kömək etmək üçün hadisə yerinə uçub.
Bildirilir ki, hadisə yerində hazırda 31 mütəxəssis və 17 texnika çalışır.