ABŞ Dövlət katibi Marko Rubio Ukrayna böhranının bitəcəyi vaxtın proqnozlaşdırılmasını mümkün hesab etmir.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, o, bunu CNN-ə açıqlamasında bildirib.
"Düşünürəm ki, heç kim bunun vaxtını və ya tarixini müəyyən edə bilməz. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək, amma vaxt çərçivəsi söyləyə bilmərəm", - M.Rubio qeyd edib.
O etiraf edib ki, bu, mürəkkəb böhrandır və Vaşinqton onun həllinə nail olmaq istəyir. Bu həllə əsasən Ukrayna suveren və müstəqil ölkə olaraq qalmalı, münaqişə isə yenidən başlamamalıdır. M.Rubio nikbin olduğunu və ABŞ administrasiyasının “həqiqətən çox işləmək”də qərarlı olduğunu vurğulayıb.
Dövlət katibi xatırladıb ki, ABŞ Ukrayna hakimiyyəti ilə dialoq aparacaq. M.Rubionun özü də bu həftə Ukrayna nümayəndələri ilə görüşəcək.