AZ

Şimali Koreya Trampın Qəzzanı ələ keçirmək planını pisləyib

Şimali Koreya ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və orada yaşayan fələstinliləri zorla köçürmək planını pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin mövqeyni açıqlayan bəyanat yayıb.

Bəyanatda ABŞ-ın Qəzza zolağının ələ keçirilməsi və fələstinlilərin zorla başqa yerə köçürülməsi palnı qəbuledilməz sayılıb: “Dünya indi ABŞ-ın “bomba bəyanatı”na görə qaynayır. Tramp bu planı ilə BMT Nizamnaməsi və beynəlxalq hüququ açıq şəkildə pozub. Qəzza zolağında qan və göz yaşı axmağa davam etdiyi bir gündə belə bir çirkin bəyanatlar bütün dünyanı şoka salıb. Qəzza fələstinlilərindir və bunu dəyişmək yolverilməzdir".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Seçilən
4
mia.az

1Mənbələr