AZ

Zərdabda “Himayədar ailə” qayğı modeli barədə ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda ictimai dinləmə keçirilib. 

 

Görüşdə dövlət və bələdiyyə orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və vətəndaşlar iştirak edib. 

 

Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının əməkdaşları iştirakçılara əvvəlcə Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumatlar veriblər. 

 

Sonra “Himayədar ailə” qayğı modeli, bu modelin mahiyyəti, müəssisələrdə yaşayan uşaqların cəmiyyətə inteqrasiyasından danışılıb. Çıxışlarda “Himayədar ailə” institutunun hüquqi əsasları, müraciət formaları, himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi və digər vacib məqamlar barədə təqdimatlar edilib.

 

Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıb və onları maraqlandıran suallar cavablandırılıb.

 

Bu mövzuda mütəmadi təşkil edilən ictimai dinləmələrin məqsədi modelin tətbiqi ilə bağlı maarifləndirmənin genişləndirilməsi, ictimaiyyət nümayəndələrinin fikirlərinin alınması, mövcud ehtiyac və təkliflərin müəyyənləşdirilməsidir.

Seçilən
25
1
qht.az

2Mənbələr