Azərbaycan milli komandasının və Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Əmrəli karyerasını Cənubi Koreyada davam etdirə bilər.

Offsideplus.az azerisport.com-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə adıçəkilən ölkənin bir komandası maraqlanır. 

Əmrəlinin klubu tərk etmək ehtimalı "Nürnberq" rəhbərlyinin strategiyanı dəyişməsi və əsasən gənc futbolçulara üstünlük vermək niyyəti ilə əlaqələndirlir. Bu səbəbdən artıq bir neçə oyunçu komandadan ayrılıb.

Mahirlə bağlı təklif ciddi olarsa, "Nürnberq"in Cənubi Koreya klubundan 1 milyon avro tələb edəcəyi gözlənilir.