Çoxmərtəbəli binalarda mənzil sahibi olanlar qarajlardan pulsuz istifadə edə bilərlər. Amma müəyyən qaydalara əsasən bu mümkündür.
"Referans" xəbər verir ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər mülkiyyətçilərə məxsusdur.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, mənzil tikinti kooperativlərində bütün ümumi istifadəçi sahələri ümumi pay hesab edilir. Bundan hər bir vətəndaş bərabər şəkildə istifadə edə bilər.
Daha ətraflı süjetdə: