I Liqada XIII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda baş verənlər cəzasız qalmayıb.
İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşün sonlarına yaxın yaşananlara hüquqi qiymət verib.
75-ci dəqiqədə “Qaradağ Lökbatan”ın həkimi Xəyal Alızadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 5 oyun cəzalanıb, klubu 400 manat cərimələnib.
Bir dəqiqə sonra “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. O, 4 oyun cəzalanıb, klub 300 manat cərimə olunub.
İdman.biz