Şimali Osetiyanın Əməkdar artisti və “Alan” dövlət ansamblının orkestrinin rəhbəri Elza Datiyeva vəfat edib.
Kulis.az xəbər verir ki, 63 yaşlı qarmon ifaçısı fevralın 11-də Gənclər Sarayında “Qafqaz xalqlarının rəqsləri” adlı konsert zamanı dünyasını dəyişib.
Hadisə tamaşaçıların gözü önündə sənətçi səhnədə olarkən baş verib. Həmin vaxt zalda Elza Dətiyevanın qızı da olub.
Konsert dərhal dayandırılıb, lakin tibbi heyət sənətçini xilas edə bilməyib.
İlkin məlumata görə, E.Datiyeva xərçənglə mübarizə aparırmış və ürəyində problemlər olub.