Bakı. Trend:
Yunanıstan parlamenti keçmiş parlament sədri KostasTasulasıölkənin prezidenti seçib.
Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin əsasqanunverici orqanında keçirilən səsvermənin dördüncü turununnəticələri göstərir.
Qeyd edək, 25 və 31 yanvar, həmçinin 6 fevral tarixlərindəkeçirilən öncəki səsvermələr uğursuzluqla nəticələnmiş, deputatlardövlətin başçısını seçə bilməmişdilər.
Səsvermənin birinci və ikinci turlarında namizədliyi irəlisürülmüş şəxsin prezident seçilməsi üçün ümumi səslərin azı üçdəikisi (300 yerli parlamentdən 200 səs), üçüncü turda isə beşdə üçüstünlük tələb olunurdu. Hər üç turda Tasulasa 160 parlamentaridəstək olmuşdu. Dördüncü turda isə prezidentin seçilməsi üçün 151səs kifayət edirdi.