Bakı, TurkicWorld
Türkiyə və İndoneziya arasında Prezident Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Prabowo Subiantonun iştirakı ilə 13 mühüm müqavilə imzalanıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, görüş təkbətək danışıqlar və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində baş tutub.
İmzalanan əsas sənədlər bunlardır:
Səhiyyə və Tibb Elmləri üzrə Əməkdaşlıq Sazişi – Xarici işlər nazirləri Hakan Fidan və Suqiono tərəfindən imzalanıb.
Enerji və Təbii Ehtiyatlar sahəsində Anlaşma Memorandumu – Energetika nazirləri Alparslan Bayraktar və Bəhlil Lahadalia tərəfindən imzalanıb.
İnvestisiyaların Təşviqi və Asanlaşdırılması üzrə Niyyət Məktubu – Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və İndoneziyanın investisiya naziri Rosan Perkasa Roeslani tərəfindən imzalanıb.
Sənaye Əməkdaşlığı üzrə Birgə Komitənin yaradılması haqqında Memorandum – Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və İndoneziyanın Sənaye Nazirliyi arasında imzalanıb.
Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq Memorandumu – Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi ilə İndoneziyanın Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanıb.
Ticarət sahəsində Əməkdaşlıq Memorandumu – Ticarət naziri Ömer Bolat və İndoneziyanın ticarət naziri Budi Santoso tərəfindən imzalanıb.
Ali Təhsil sahəsində Əməkdaşlıq Memorandumu – Türkiyə Ali Təhsil Şurası və İndoneziyanın Ali Təhsil, Elm və Texnologiya Nazirliyi arasında razılaşma əldə olunub.
Dini Xidmətlər və Dini Təhsil sahəsində Əməkdaşlıq Memorandumu – Türkiyə Diyanət İşləri Başçılığı və İndoneziyanın Dini İşlər Nazirliyi tərəfindən imzalanıb.
Müdafiə Sənayesi Əməkdaşlıq Sazişi – Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi və İndoneziya Müdafiə Nazirliyi arasında imzalanıb.
"Bayraktar TB3 və AKINCI" İxracına dair Birgə İstehsal Müqaviləsi – BAYKAR baş direktoru Haluk Bayraktar və Republikorp qurucusu Norman Joesoef tərəfindən imzalanıb.
Media sahəsində əməkdaşlıq – Anadolu Agentliyi və İndoneziya Xəbər Agentliyi (ANTARA), TRT və İndoneziyanın İctimai Yayım Radiosu (LPP RRI), TRT və İndoneziya İctimai Televiziya Şəbəkəsi (TVRI) arasında müxtəlif əməkdaşlıq protokolları imzalanıb.