Türkiyə millisinin keçmiş futbolçusu, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətinin səhhəti pisləşib.
Publika.az xəbər verir ki, 61 yaşlı mütəxəssis beynindəki tromb səbəbindən ötən gecə klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun şüürunun açıq olduğu və müalicəsinin davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Oğuz Çətin 2013-cü ildə Mustafa Dənizlinin köməkçisi kimi "Xəzər Lənkəran"da çalışmağa başlayıb. Bir il sonra isə Lənkəran klubunun baş məşqçisi təyin olunub.