AZ

Türkiyə klubları yeni "NBA-Avropa" liqasına dəvət olunmayacaq?

Avropada "Mançester Siti" və PSJ-nin iştirakı ilə NBA yaradılır.

İdman.biz BasketNews və ESPN-ə istinadən xəbər verir ki, basketbolda Avroliqaya alternativ yarış amerikalıların rəhbərliyi altında 2026-cı ildə təsis edilə bilər.

Plana görə, yeni "NBA-Avropa" liqasında ən azı 10 klub oynayacaq: "Real Madrid", "Barselona", ​​PSJ, "Mançester Siti" və ASVEL, həmçinin Berlin, Milan, Münhen komandaları.

Yunanıstan, Serbiya və Türkiyədən “ehtiraslı azarkeşləri” olan klubları liqaya dəvət etmək planlaşdırılmır, çünki ABŞ-də azarkeşlərdən daha çox inkişaf etmiş maliyyə bazarlarına güvənirlər.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr