AZ

Kreml: Aİ-yə üzvlük təşəbbüsü Ermənistanın suveren hüququdur

Kreml Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləməsinə münasibət bildirib.

İNFOAZ.WS xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu Ermənistanın suveren hüququ adlandırıb.

“Göründüyü kimi, Ermənistanda müəyyən siyasi qüvvələr var ki, Avropa İttifaqına istiqamətlənməni ölkənin özü və xalqının maraqları üçün əlavə dividendlər verəcəyini hesab edir. Bu, Ermənistanın suveren hüququdur. Amma təbii ki, ermənilərin özləri və bütün hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu araşdırmalı olacaq. Avropalıların özləri buna necə baxırlar? Biz uzun gözləmə siyahısına salınmış bir çox ölkələrin təcrübəsini bilirik. Onilliklərlə ölçülən növbə… Hələlik biz Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyündən dividendlər almağa davam etdiyindən çıxış edirik. Bu dividendlər göz önündədir”, – Kremlin sözçüsü vurğulayıb.

Seçilən
68
6
infoaz.ws

7Mənbələr