Rusiya yanvarda “OPEC+” sazişini, təkrar istehsal kompensasiyası da daxil olmaqla, 100 % yerinə yetirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
"Yanvarda kvotanın yerinə yetirilməsi 100 % olub. Nə aşağı, nə də yuxarı. Biz həmişə tam yerinə yetiririk. Fevralda da buna nail olunacaq ", - o bildirib.
Qeyd olunub ki, Rusiya bir neçə ay ardıcıl olaraq “OPEC+” çərçivəsində razılaşdırılmış hasilat səviyyəsini aşıb.