Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Kuboku, Premyer Liqa və Birinci Liqa ilə bağlı bəzi qərarlar qəbul olunub.
Arena.az həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Kuboku, 1/4 finalin ilk oyunları
“Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedn klub 1500 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Zirə” oyununda “Zirə”də 4 nəfər sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” 800 manat cərimə edilib.
Azərbaycan Premyer Liqası, 22-ci tur
“Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz”in heyətində 4 nəfər sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.
Birinci Liqa, 13-cü tur
MOİK – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.
“İmişli” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” komandası 50 manat cərimə edilib.
“Difai” – “Qəbələ” oyununda “Qəbələ” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununun 75-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın həkimi Xəyal Alızadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb. “Qaradağ Lökbatan” klubu buna görə 400 manat cərimə ödəyəcək.
“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununun 76-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qıırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Qaradağ Lökbatan” klubu buna görə daha 300 manat cərimə ödəməlidir.