!["Bəyənmirəm" deyənlər belə yeyəcəklər!](https://e-saglam.az/storage/news/middle/images/2025/2/kerevizin-faydalari.jpg)
Kərəviz, qış aylarında süfrələrdə tez-tez rast gəlinən və sağlamlıq üçün bir çox faydaları olan bir tərəvəzdir.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, onun tərkibi zəngin qida maddələri ilə doludur və müxtəlif xəstəliklərin qarşısının alınmasında təsirlidir.
Güclü antioksidant mənbəyi: Kərəviz flavonoidlər, fenolik turşular və C vitamini kimi güclü antioksidantlarla zəngindir. Bu maddələr bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir. Bu xüsusiyyətləri ilə qocalma əlamətlərini gecikdirir və immunitet sistemini dəstəkləyir.
Xərçəngə qarşı mübarizə: Kərəvizdə olan luteolin adlı birləşmə xərçəng hüceyrələrinin böyüməsini maneə törədə bilər. Luteolin güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə orqanizmi bir çox xəstəliyə qarşı qoruma potensialına malikdir.
Aşağı kalorili və yüksək qida dəyəri: Pəhriz saxlayanlar üçün ideal seçim olan kərəviz, aşağı kalorili quruluşu ilə seçilir. Tərkibindəki yüksək su və lif tərkibi sayəsində uzun müddət toxluq hissi verir. Onun həzmə təsirləri də kilo nəzarəti üçün kərəvizi əvəzolunmaz edir.
İltihabın azalmasına kömək edir: Kərəvizin tərkibindəki flavonoid komponentləri bədəndəki iltihabı azaldaraq daha sağlam tarazlıq yaratmağa kömək edir. Bu xüsusiyyətləri ilə xüsusilə romatoid artrit kimi iltihabla əlaqəli xəstəliklərdən əziyyət çəkənlər üçün faydalıdır.
Həzm sistemini dəstəkləyir: Kərəviz bağırsaq sağlamlığının qorunmasında çox təsirlidir. Tərkibindəki lif sayəsində bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik problemlərinin qarşısını alır. Eyni zamanda tərkibindəki bəzi fermentlərlə həzmi dəstəkləyir və bağırsaq florasının balanslı qalmasını təmin edir.
Ürək sağlamlığını qoruyur: Kaliumla zəngin tərəvəz olan kərəviz qan təzyiqini tənzimləməyə kömək edir. Yüksək qan təzyiqi riskini azaldaraq ürək xəstəliklərindən qorunmada mühüm rol oynayır. Ürək və sağlam pəhriz üçün kərəviz süfrədə mütləq olmalıdır.
Qaraciyərin detoksuna dəstək: Kərəvizin tərkibində qaraciyərin detoksifikasiya proseslərini dəstəkləyən birləşmələr var. Antioksidant və vitaminlərlə zəngin olduğu üçün qaraciyər funksiyalarının daha səmərəli işləməsini təmin edir. Bu, zərərli maddələrin bədəndən çıxarılmasını asanlaşdırır.
Sümük sağlamlığını dəstəkləyir: Sümük sağlamlığı üçün vacib olan kalsium, maqnezium və fosfor kimi minerallar kərəvizi osteoporoz riskini azaldan super qida halına gətirir. Kərəvizin müntəzəm istifadəsi sümük sıxlığını artırmağa kömək edə bilər.
Qan şəkərini tənzimləyir: Aşağı qlisemik indeksə malik olan kərəviz qan şəkərinin tənzimlənməsində təsirli rol oynayır. Xüsusilə şəkərli diabet xəstələri üçün faydalıdır, çünki qan şəkərinin qəfil artmasının qarşısını ala bilir.
Təbii antibakterial xüsusiyyətlər: Kərəviz ekstraktları antibakterial xüsusiyyətlər nümayiş etdirərək müəyyən zərərli bakteriyalara qarşı qoruma təmin edə bilər. Bu xüsusiyyəti ilə immunitet sisteminə qatqı təmin edir və infeksiyalarla mübarizə aparmağa kömək edir.
Kərəviz dadına görə deyil, sağlamlığa faydalarına görə süfrədə yer almağa layiqdir. Siz də qış aylarında daha tez-tez kərəviz istehlak edərək bu möcüzəvi tərəvəzin təsirindən yararlana bilərsiniz!
Tərcümə: Könül Oruc