AZ

Azərbaycan "Böyük Dəbilqə" turnirində 33 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinə 33 cüdoçu ilə qatılacaq.

Fanat.Az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançımız mübarzə aparacaq.

Üç gün davam edəcək turnirdə ümumilikdə 38 ölkədən 270 cüdoçu medal qazanmağa çalışacaq.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan "Böyük Dəbilqə" turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.

Seçilən
3
6
fanat.az

5Mənbələr