Çin 2024-cü ildə dünuyanın ən böyük avtomobil ixracatçısı olub. 2025-ci ildə də vəziyyət dəyişməyəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa mətbuatı Çindəki statistik göstəricilər əsasında məlumat yayıb. 2024-cü ildə Asiya nəhəngi 6,41 milyon ədəd avtomobil ixrac edib. Bu da illik əsasda 23 faiz artım deməkdir.
Analitiklərin fikrincə, Avropa və ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlər Çinin avtomobil ixracında ləngimələr yaradacaq. Lakin Çinin liderliyini heç kim əlindən ala bilməyəcək.
Çin rəsmiləri bu il 6,2 milyon ədəd avtomobil ixracı proqnozlaşdırıblar. Ölkənin əsas bazarı BƏƏ, Səudiyyə Ərəbistanı və Belçikadır. Çin istehsalı olan benzin mühərrikli avtomobillərin əsas müştərisi isə Rusiyadır.
Uz-Auto şirkətinin direktoru Bu Anderson deyir: Çİn 25 ildən çoxdur avtomobil sənayesinə ciddi yatırım qoyur. Son 5 ildə isə nəticəsini görməyə başlayıb.
Vüqar