Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pa-de-Kale bölgəsindəki villalarını satır.
Bu barədə "Figaro” nəşri məlumat yayıb.
Bəzi daşınmaz əmlak agentləri deyirlər ki, villanın yerləşdiyi Le-Tuke şəhərində hər kəs bu satışdan xəbərdardır.
Nəşr qeyd edib ki, bu ev Bricitin atasına məxsus olub və sonradan ona miras qalıb.
Bundan başqa "Figaro” yazır ki, 2011-ci ildə Fransa lideri binanın təmiri üçün 15 illik 350 min avro kredit götürüb.
![](https://qafqazinfo.az/uploads/1739315940/67ee62fa-bfb4-4334-a778-1859cdc158cb.png)
![](https://qafqazinfo.az/uploads/1739315940/c89d9ca2-140f-4511-b5c0-247842f9f569.jpg)