Bakı. Trend:
Əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal həkimə müraciətetmək lazımdır.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adınaElmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayevaçıqlayıb.
Onun sözlərinə görə, uşaq özünü yaxşı hiss edə bilər, lakin buheç də o demək deyil ki, təhlükə yoxdur.
“Həkimə qədər uşağı uzandırıb, yemək və maye vermək olmaz.Batareyalar da (xüsusilə diskşəkilli) çox təhlükəlidir. Mədəninturş mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayırki, nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da uşağıdərhal həkimə çatdırmaq lazımdır. Udulan maqnitlər də çox ağırpozuntulara səbəb olur. Məsələn, mədə-bağırsaq divarlarınyırtılması, daxili qanaxmalar və s. Hazırda uşaqlar üçünmaqnitlərlə olan xüsusi ağıllı oyuncaqlar istehsal edilir. Buoyuncaqları kiçik yaşlı uşaqlara almağı məsləhət görmürük”.
U.Musayev bildirib ki, nisbətən iri və ağır əşyaların (misalüçün, dəmir kürəciklər, iri dəmir pul və s.) udulması uşağınsəhhəti və hətta həyatı üçün ciddi təhlükə yaradır:
“Müəyyən müddət ərzində burada qaldıqda, bu əşyalarmədə-bağırsaq traktının divarını yırta, bu uşağın həyatı üçüntəhlükəli olan daxili qanaxmaya səbəb ola bilər. Məhz bu səbəbdən,uşağın mədə-bağırsaq traktına yad cisim düşdükdə, mütləq onunburadan çıxıb-çıxmadığına fikir verin. Bunun üçün uşağın hər nəcisifrazına nəzarət etmək lazımdır. Əgər uşaq unitazdan istifadəedirsə, bir müddət ərzində onu güvəcə otuzdurun. Beləliklə, uşaqiti, kəsici, iri və ağır əşyanı, batareyanı, maqniti udubsa, dərhalhəkimə müraciət edilməlidir”.