AZ

İlk yük qatarı Çindən Əfqanıstana yola düşüb

Çinin “Sinxua” agentliyi xəbər verir ki, bu səhər Əfqanıstanda yerli mobil rabitə şəbəkələrini inkişaf etdirməyi planlaşdıran Çin rabitə şirkəti “ZTE”-nin avadanlığı olan 55 konteynerlə yüklənmiş ilk yük qatarı Çinin Çunçin şəhərindən Əfqanıstanın Hayratona yola düşüb.

“Podrobno.uz” xəbər verir ki, marşrutu üzrə qatar Qazaxıstan və Özbəkistan ərazilərini keçərək 12-15 günə Əfqanıstana çatacaq.

“ZTE”-nin nümayəndəsi Lyu Çjyanfen bildirib ki, Çin hakimiyyəti yeni əlaqəyə böyük ümid qoyur, bu, nəinki avtomobil nəqliyyatı ilə müqayisədə malların çatdırılma müddətini 3-5 gün, həm də əhəmiyyətli dərəcədə, 15-20% logistika xərclərini azaldacaq.

Digər mühüm məqam ondan ibarətdir ki, yeni dəmir yolu bağlantısının işə salınması Çin, Əfqanıstan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirəcək.

Almaz Həsənli

Seçilən
13
oxumeni.az

1Mənbələr