"Əqrəb mövsümü" serialında yayımlanan ifadə narazılığa səbəb olub.
Oxu24.com xəbər verir ki, serialın yeni mövsümündə ilk seriada "vəkildən zaddan işləsin" ifadəsinə görə vəkillər ciddi narazılıq ediblər.
Bir sıra vəkillər sözügedən ifadənin serialda işlədilməsin vəkil peşəsinin aşağılanması kimi qəbul ediblər.
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü,vəkil Anar Qasımlı feysbuk səhifəsində post paylaşıb.Anar Qasımlının fikrincə, filmlərimizdə vəkil obrazlarının canlandırılması müsbət haldır.
""Əqrəb mövsümü"nün birinci mövsümündə çəkilmiş serialla bağlı mən də öz fikirlərimi paylaşmışdım. İndi ikinci mövsümü başlayıb və elə ilk seriyada işlədilən "vəkildən zaddan işləsin" ifadəsinə görə vəkil həmkarlarımın ciddi narazılığı ilə qarşılanıb.
Hətta bu ifadəni şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən təhqir kimi qəbul edənlər də var. Düşünürəm ki, burada hər hansı bor təhqirdən söhbət gedə bilməz və məsələni böyütməyə ehtiyac yoxdur.
"Kurtlar Vadisi"ndə İsgəndər Böyük "avukatlıq soytarılık deyil" qışqıraraq vəkilin üstünə şığıdı və onun mantiyasını əynindən çıxartdı. Onda gərək Türkiyə vəkilləri aləmi dağıdaydı.",-deyə vəkil statusunda qeyd edib.
Onun bu paylaşımına xeyli sayda vəkil fikir bildirib.
Qeyd edək ki,Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialıdır. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir.
Miri Məcidli