Bakı. Trend:
Rumıniyanın Prezidenti Klaus İohannis istefa verib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Klaus İohannis səlahiyyətlərinidövlət başçısı vəzifəsinin müvəqqəti icraçısı İlie Bolojana təhvilverib.
Mərasim Rumıniya dövlət başçısının iqamətgahı olan Kotroçensarayının parkında keçirilib.
2014-cü ildən Rumıniya prezidenti vəzifəsini icra edən İohannisfevralın 10-da “Rumıniya və Rumıniya vətəndaşlarını böhrandan xilasetmək üçün” istefa verdiyini açıqlayıb.
Prezident seçkiləri mayın 4-ü keçiriləcək.