Bakı. Trend:
Paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 554manatının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqəməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşT.Şükürov müəyyən olunaraq saxlanılıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Xətai rayonu ərazisində isəpaytaxt sakini olan 1 nəfər bankomatdan çıxardığı 2000 manatınınoğurlanması barədə polisə edib. Oğurluq əməlini törətməkdə şübhəlibilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraqsaxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.