![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/10/1/d2371414-1bd9-425c-b2fb-3dfd061d387c/klaus-iohannis.jpg)
Rumıniya Prezidenti Klaus Yohannis istefa verib.
Yeniavaz.com xəbər verir ki, o, səlahiyyətlərini dövlət başçısı səlahiyyətlərini icra edən İlie Bolojana verib.
Mərasim Buxarestin Kotroçen Sarayının parkında, Rumıniya dövlət başçısının iqamətgahında baş tutub və prezident administrasiyasının saytında canlı yayımlanıb.
Yohannis iqamətgaha gələn Bolojanla sarayın pilləkənlərində görüşüb və onlar içəridə söhbət ediblər. Bundan sonra Yohannis saraydan çıxıb, parkda düzülən hərbçiləri, administrasiya işçilərini və jurnalistləri salamlayıb. Daha sonra o, dövlət bayrağı olan avtomobilə minərək, oradan uzaqlaşıb.
Qeyd edək ki, 2014-cü ildən Rumıniya Prezidenti vəzifəsini icra edən Klaus Yohannis fevralın 10-da “Rumıniya və Rumıniya vətəndaşlarını böhrandan xilas etmək üçün” istefa verdiyini açıqlayıb.
Artıq parlamentin yuxarı palatasının spikeri və Milli Liberal Partiyasının lideri vəzifəsindən istefa verən Bolojan yeni dövlət başçısı seçilənə qədər prezident səlahiyyətlərini icra edəcək.