Əməkdar artist İlkin Əhmədov illər əvvəl başına gələn hadisəni "Gün ortası" verilişində danışıb.Missiya.Az xəbər verir ki, ifaçı bir dəfə restorandan qovulduğunu deyib:"11-ci sinifdə oxuyanda gördüm artıq bacarmıram. Ataya nə qədər yük olum? Getdim bir restorana çıxdım. Amma bizi oradan qovdular ki, lazım deyilsiniz, gedin. Amma ora gələn müştərilər bizi istəyirdi. Restoran sahibi gördü bizi çox istəyirlər, ona görə qovdu".
Zərintac MayisqızıMissiya.Az