AZ

"Bakı Metropoliteni" ilə sərnişin daşınmaları 4.6% artıb

Ötən ay Bakı metrosu ilə 17,98 milyon sərnişin daşınıb.

2025-ci ilin yanvarında 2024-cü ilin yanvar ayı ilə müqayisədə Bakı metrosu ilə 17,98 milyon sərnişin daşınıb. Bu da ötən illə müqayisədə 4.6% artım deməkdir.

Operativ Media xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin yanvar ayının 10-da (Ən sıx gün) 710 773 sərnişin daşınıb. Yanvarın 19-da (Ən sakit gün) isə 367 897 sərnişin daşınıb.

 

Seçilən
16
operativmedia.az

1Mənbələr