Dövlət Sərhəd Xidməti 5 tender elan edib.
Valyuta.az xəbər verir ki, tenderlərin ümumi ilkin ehtimal olunan qiyməti 2 milyon 426 min 829 manatdır.
Tenderlər zirehli texnikalar, kvodrasikllar və KAMAZ-43114 (43118) markalı avtomobillər ( 547 min 543 manat), xüsusi və yük maşınları (6x6) (797 min 580 manat ), yük avtomobilləri və avtobuslar,( 417 min 422 manat ), minik avtomobilləri üçün avtoşinlər (446 min 730 manat) və printerlərin katriclərinin alınması, ehtiyat hissələrinin dəyişdirilməsi və doldurulması ( 217 min 551 manat) ilə bağlıdır.
Təkliflərin son təqdim olunma tarixi martın 6 – na qədərdir.