AZ

Peskov: ABŞ və Rusiya məhbus mübadiləsi etdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Rusiya arasında aparılan danışıqlar nəticəsində amerikalı keçmiş diplomat Mark Fogelin azad edildiyini və qarşılığında ABŞ-də həbsdə olan bir rusiyalının tezliklə vətənə qaytarılacağını açıqlayıb.

Peskov bildirib ki, müvafiq qurumların işi nəticəsində tərəflər arasında əlaqələr qurulub və bu mübadilə baş tutub.

Xatırladaq ki, Mark Fogel Rusiyada narkotik maddələrin qaçaqmalçılığı və saxlanmasına görə həbs olunmuşdu. Fevralın 11-də onun azadlığa buraxıldığı məlum olub. ABŞ Prezidenti Donald Tramp Fogelin azad edilməsini Ağ Evdə qəbul edərək qeyd edib. Maraqlı məqam isə eks-diplomatın tədbirə əlində pivə bankası ilə gəlməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr