Bakı. Trend:
Keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəməninnövbəti prosesi keçirilib.
Trend-inməlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim VüqarQuliyevin sədrliyi ilə keçirilən prosesdə adam bıçaqlamadatəqsirləndirilən şəxsin vəkilinin yanında oturub konfidensialmüzakirə edə bilməsi ilə bağlı keçən iclasda verilən vəsatət təminedilib.
Daha sonra prokuror Cövdəd Mehrəliyev ittiham aktını elanedib.
İttihama görə, Emin İbrahimov ötən il iyulun 22-də Nizamirayonunda Məmmədov küçəsində səki ilə hərəkətdə olarkən, əvvəllərtanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisəzəminində onlar bir-birini təhqir edərək dalaşıblar. Həmin vaxtE.İbrahimov cibində gəzdirdiyi qara rəngli cib bıçağı iləK.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərərvurub.
İfadə verən Emin İbrahimov özünü təqsirli bilməyərək,söylənənlərin uydurma olduğunu bildirib. Daha sonra o, sərbəstifadə verərək, özünü müdafiə etməyəcəyini, sadəcə ittihamamünasibət bildirəcəyini söyləyib.
Zərərçəkən Kamal Şükürov ifadəsində qeyd edib ki, hadisə təhqirvə dava səbəbindən baş verib.
Bu zaman təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyevbildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda dedikləriarasında ziddiyət var. Zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadəelan olunub. Məlum olub ki, Kamal Şükürovun ifadəsi Nizami RayonPolis İdarəsində alınıb. Lakin özü palatada ifadə verdiyinibildirib. Əlavə olaraq bildirib ki, zərərçəkən polisə zəng edib,amma ittihama görə polis əməkdaşları ona yaxınlaşıb. Məhkəməyəsədrlik edən hakim bu nüansların sənədlərin tədqiqi mərhələsindəaraşdırılacağı bildirilib.
Şahidlərin dindirilməsi məqsədilə proses martın 12-dək təxirəsalınıb.
Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayətməsuliyyətinə cəlb olunub. Onun iyulun 22-də Şükürov Kamal Hacıəlioğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyiiddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıqniyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci(xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O,2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində,2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatiknümayəndəliyində işləyib.