AZ

Qızıl və pul oğurlayan şəxslər saxlanılıb

Bakı. Trend:

Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 1770 manatpul və 1000 manat dəyərində qızıl üzük oğurlanması barədə polisəməlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən39 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

"Digər oğurluq hadisələri isə paytaxtın Nəsimi, eləcə də Abşeronrayonu ərazisində baş verib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərə məxsusiçərisində 700 manat olan pul kisəsini, həmçinin Abşeron rayonsakininin 350 manatını oğurlamaqda şübhəli bilinən İ.Muradov vəA.Süleymanova müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır",- deyə məlumatda qeydedilib.

Məqalədə:
Seçilən
21
8
az.trend.az

10Mənbələr