AZ

“Neftçi”nin məşqçisinin kəllə ilə vuranın cəzası açıqlandı

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən VƏTƏN – “Neftçi” oyununda baş verən qalmaqalla bağlı qərarlar verib.

QOL.az xəbər verir ki, matçın 69-cu dəqiqəsində “Masallı”da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

“Neftçi”nin rəsmisi Rəşad Hüseynov həmin dəqiqədə Abdulla Xəlilovu vurduğu üçün 10 oyunluq diskvalifikasiya olunub.

Qarşılaşmada təhlükəsizlik təmin edilmədiyindən, “Vətən” müstəsna hal olaraq 500 manat cərimələnib. Bundan başqa, baş verən insidentlə bağlı hər iki komanda rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Seçilən
23
4
teleqraf.com

7Mənbələr